Mahaçqaladakı etirazlara Təl-Əvivdən reaksiya: İsrail hökuməti bəyanat yaydı
İsrail və HƏMAS arasında 23 gün davam edən gərginlik fonunda Təl-Əviv şəhərini tərk edən israilliləri daşıyan təyyarənin Mahaçqala aeroportuna eniş edəcəyini duyan dağıstanlılar bu xəbəri aqressiv qarşılayıblar.
150 etirazçı HƏMAS-a dəstək nümayiş etdirərək hava limanına basqın edib. Magistral yolları bağlayan etirazçılar “Biz ölkəmizdə israilli qaçqınları istəmirik” şüarları səsləndiriblər.
Aksiya iştirakçıları ərazidə olan bütün avtomobilləri, həmçinin polis maşınlarını tək-tək yoxlayaraq İsrail vətandaşlarının axtarışına çıxıblar. Bundan sonra asayiş keşikçiləri ilə etirazçılar arasında meydana gələn mübahisədə 20 nəfər xəsarət alıb. Onlardan iksinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin müraciətlərinə məhəl qoymayan etirazçılar yaxınlıqdakı hotellərə soxularaq “Bizə israilliləri verin” deyə iğtişaş yaratmağa cəhd ediblər. Hətta vəziyyət o həddə çatıb ki, onlar yəhudi əsilli bir gənci mühasirəyə alaraq onun pasportunu cırıblar.
İğtişaşlar zamanı 60 nəfər saxlanılıb. Hadisə ilə bağlı Mahaçqala hava limanı oktyabrın 29-dan noyabrın 6-dək fəaliyyətini dayandırıb.
Mövcud durumla bağlı İsrail Baş nazirinin ofisi və Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb. Bəyanatda deyilir: “İsrail Dağıstanda baş verən hadisələri izləyir və Mahaçqala hava limanında iğtişaşlar barədə xəbərlər fonunda Rusiya hakimiyyətindən yəhudilərin və israillilərin təhlükəsizliyini təmin etməyi gözləyir”.
İsrailin Rusiyadakı baş ravini Ovadya İsakov isə bildirib ki, Dağıstanda 600-800-ə qədər yəhudi əsilli ailə yaşayır. Həmin insanları təcili ölkədən təxliyə etmək lazımdır. Çünki onların həyatları təhlükə altındadır.
#Mahaçqala teqi istifadə olunub
- Rusiyanı bir-birinə qatan silahlı atışma | Ölən və yaralananlar var
- Patrul xidmətinə dəhşətli hücum | Rusiyada polisləri kimlər qətlə yetirdi?
- 6 ildir ki, sahibinin məzarının üstündə yaşayan pişik indi isə...
- AZAL təyyarəsi Bakıya niyə göndərilmədi? - Rusiyalı ekspertdən sensasiyalı açıqlamalar
- Rusiyalı məşhur şahmatçının çirkin əməli niyə cəzasız qaldı?
