Pleyeri seçin:

NATO-ya üzv dövlətlərə qarşı hərbi təhdidlər artır | Dörd ölkənin müdafiə nazirlərindən bəyanat

18 mart 2025 317 baxış

NATO üzvləri Polşa, Litva, Latviya və Estoniya Rusiyadan artan hərbi təhlükə fonunda piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətindədir.

Bu barədə dörd ölkənin müdafiə nazirləri martın 18-də yaydıqları birgə bəyanatda bildiriblər.

“Rusiya və Belarusla həmsərhəd olan NATO-ya üzv dövlətlərə qarşı hərbi təhdidlər ciddi şəkildə artıb”, – bəyanatda deyilir.

Müdafiə nazirləri alyansın həssas şərq cinahı və sərhədlərinin müdafiəsi baxımından yeni silah sistemlərinin mümkün istifadəsi və qərarların qəbul edilməsinin önəminə diqqət çəkiblər.​​​​​​​​​​​​

Xatırladaq ki, piyada əleyhinə minaların istifadəsini, saxlanılmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Müqaviləsi 1997-ci ildə 160-dan çox ölkə tərəfindən qəbul edilib. Rusiya bura daxil deyil.

Bəyanatda qeyd olunur ki, Konvensiya Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən təzyiqlərə məruz qalıb. Nazirlərin birgə bəyanatında açıqlanan tövsiyə bu dövlətlərin Konvensiyadan çıxacaqları anlamına gəlir. Bu addım sayəsində Polşa və üç Baltikyanı ölkə sərhədlərində piyada əleyhinə minalardan istifadəni bərpa edə biləcək.

“Bu qərarla açıq bir siqnal göndəririk ki, ölkələrimiz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri vasitələrdən istifadə etməyə hazırdır və buna qadirdir”, – bəyanatda vurğulanır.​

“Reuters”in məlumatına görə, Litvanın Konvensiyadan çıxacağı barədə ölkənin müdafiə naziri Dovil Sakaliyen ayrıca bəyanat verib. Onun sözlərinə görə, regionun sərhədlərinin effektiv mühafizəsini təmin etmək üçün planlı iş lazımdır.

Bundan əlavə, dekabr ayında NATO-ya yeni üzv olan Finlandiya da Rusiyanın Ukraynada piyada əleyhinə minalardan istifadə etdiyinə görə sazişdən çıxmağı nəzərdən keçirdiyini açıqlayıb.

Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

Dünya
06 fevral 2026 317 baxış
"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Dünya
06 fevral 2026 317 baxış
Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Dünya
06 fevral 2026 317 baxış
"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

Dünya
06 fevral 2026 317 baxış
Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Dünya
06 fevral 2026 317 baxış
ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

Dünya
06 fevral 2026 317 baxış
Seçilmişlər
icon