Pleyeri seçin:
Ukrayna müdafiə gücünü ABŞ-nin dəstəyi sayəsində gücləndirməyə davam edir
Ukrayna “Patriot” sistemlərinin İsrail və Avropadan köçürülməsi hesabına əlavə hava hücumundan müdafiə sistemləri ala bilər.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, bir sistem artıq təmirdən sonra göndərilməyə hazırlanır.
Bundan başqa, Almaniya və Yunanıstan daha bir kompleksin təhvil verilməsini müzakirə edir.
Pentaqon “The New York Times”ın sorğusuna cavab olaraq bildirib ki, Vaşinqton əvvəllər təsdiqlənmiş proqramlar çərçivəsində Kiyevə silah tədarükünü davam etdirir.
Nəşrin yazdığına görə, Ukrayna resursları ilə bağlı imzalanmış saziş ABŞ tərəfindən hərbi yardımın artırılması üçün şərait yarada bilər.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Yenilənmiş sülh planı özündə nəyi ehtiva edir?
- “3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV
- Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı
- Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq
- Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb
