Pleyeri seçin:

Xamenei ölüb, yoxsa...? | İran 14 hərbi bazaya hücum edib - Baku TV

01 mart 2026 188 baxış

İndiyədək regionda 14 ABŞ hərbi bazasına hücum edilib.

“Tasnim” agentliyinin məlumatına görə, ABŞ bəzi ölkələrdə birdən çox hərbi bazaya malikdir və İranın həyata keçirdiyi raket və PUA hücumları hər bir ölkədə yalnız bir baza ilə məhdudlaşmayıb.

Bundan başqa, Qətərdəki ABŞ hərbi bazasında edilən dron hücumunda ABŞ-yə məxsus “AN/FPS-132” erkən xəbərdarlıq radarı SEPAH tərəfindən məhv edilib. Qətər Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, sözügedən radar ABŞ-nin raketdən müdafiə şəbəkəsinin bir hissəsidir və “Əl-Üdeyd” aviabazasında yerləşir. O, uzaqmənzilli raket buraxılışlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulub. Radarın qiymətinin 1,1 milyard dollar olduğu ehtimal edilir.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ali lideri və Prezidentinin ölüm xəbərinə münasibət bildirib.

A.Əraqçi “NBC News”a bildirib ki, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian hər ikisi də sağdır.

XİN rəhbəri İran Ordusunun bir və ya iki komandirini itirmiş ola biləcəyini deyib və əlavə edib ki, bu, böyük problem deyil:

“Onlar bizə hücum edərkən sadəcə oturub seyr edə bilmərik. Biz də özünü müdafiə məqsədilə Amerika bazalarına zərbələr endiririk”.

O, ABŞ Administrasiyasının niyə danışıqlara başlamaqda israr etdiyini və sonra İrana hücum etdiyini anlamadığını qeyd edib.

BƏƏ dünyanı şoka saldı | Pərdəarxası sövdələşmə | Siyasi və iqtisadi məqsəd nədir? - Baku TV

BƏƏ dünyanı şoka saldı | Pərdəarxası sövdələşmə | Siyasi və iqtisadi məqsəd nədir? - Baku TV

Dünya
29 aprel 2026 188 baxış
Kobaxidze müxtəlif ölkələrin AB-yə qoşulmaq istəyindən danışdı

Kobaxidze müxtəlif ölkələrin AB-yə qoşulmaq istəyindən danışdı

Dünya
29 aprel 2026 188 baxış
Rezonans doğuran hadisə | Böyük Britaniya Kralının ABŞ-yə səfərində diqqətçəkən məqamlar - Baku TV

Rezonans doğuran hadisə | Böyük Britaniya Kralının ABŞ-yə səfərində diqqətçəkən məqamlar - Baku TV

Dünya
29 aprel 2026 188 baxış
Avropa enerji məsələsinə görə narahatdır

Avropa enerji məsələsinə görə narahatdır

Dünya
29 aprel 2026 188 baxış
Zelenski Rusiyaya uzaqmənzilli zərbələrin yeni mərhələsini elan etdi

Zelenski Rusiyaya uzaqmənzilli zərbələrin yeni mərhələsini elan etdi

Dünya
29 aprel 2026 188 baxış
AK prezidentindən Ukraynaya ayrılan 90 milyardlıq kreditlə bağlı açıqlama - Baku TV CANLI

AK prezidentindən Ukraynaya ayrılan 90 milyardlıq kreditlə bağlı açıqlama - Baku TV CANLI

Dünya
29 aprel 2026 188 baxış
ABŞ geri çəkilir? - İranla gərginlik azalır, yoxsa fırtına öncəsi səssizlik yaşanır? - Baku TV

ABŞ geri çəkilir? - İranla gərginlik azalır, yoxsa fırtına öncəsi səssizlik yaşanır? - Baku TV

Dünya
29 aprel 2026 188 baxış
Ukraynanın hücumu Rusiya üçün hansı ciddi nəticələrə səbəb oldu?

Ukraynanın hücumu Rusiya üçün hansı ciddi nəticələrə səbəb oldu?

Dünya
29 aprel 2026 188 baxış
Rusiya Ordusundan sarsıdıcı zərbələr: 800-dən çox... | Bu vilayətlər “cəhənnəm”ə çevrildi - Baku TV

Rusiya Ordusundan sarsıdıcı zərbələr: 800-dən çox... | Bu vilayətlər “cəhənnəm”ə çevrildi - Baku TV

Dünya
29 aprel 2026 188 baxış
İranın danışıqlardan imtina etməsi aranı daha da qızışdıracaq? - Baku TV CANLI

İranın danışıqlardan imtina etməsi aranı daha da qızışdıracaq? - Baku TV CANLI

Dünya
29 aprel 2026 188 baxış
Seçilmişlər
icon