Qarabağın enerji imkanlarının bərpası davam edir
“Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik Stansiyaları (KSES) Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Stansiyalar vahid ölkə enerji sisteminə inteqrasiya olunub. İstehsal edilən elektrik enerjisi Laçın rayonunun enerji tələbatına istifadə olunacaq, artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək.
Bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov deyib.
O bildirib ki, “Zabux” KSES 2,8 MVt gücündədir:
“Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək. Hər iki stansiyada eko-turbinlər quraşdırılıb, onlar çayda ekoloji axımın normasını qorumaqla, ümumilikdə ekoloji axımdan 1,4 dəfə daha artıq suyun çayda saxlanılmasına şərait yaradır. Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır”.
#Azərenerji ASC teqi istifadə olunub
- Ağdərədə iri enerji layihələri | Yeni su elektrik stansiyaları tikilir - Baku TV
- Bakı və Abşeronun enerji təminatında mühüm yenilik | Layihə barədə detallar - Baku TV
- Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atdı - Baku TV
- Prezident yeni su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib - Baku TV
- Azad edilən ərazilərdə enerji sistemi necə yenilənəcək? - Layihələrin detalları - Baku TV
