"Çox əziyyət çəkirik!" | Yay olan kimi bu sakinlərin niyə günü qaralır? - Baku TV
Xəzər rayonunun Şağan qəsəbəsində, “Təzə sahə” adlanan ərazidə yaşayan sakinlər yay mövsümünün gəlişi ilə problemlərin baş qaldırdığını bildirirlər.
Onların sözlərinə görə, yay aylarında evlərə, ümumiyyətlə, içməli su verilmir. Sakinlər ehtiyaclarını qarşılamaq üçün suyu ya pulla satın alır, ya da qonşuluqdakı qazma quyulardan bidonlarla daşıyırlar. Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyə qədər heç bir nəticə verməyib.
Sakinlərdən biri mövcud vəziyyəti belə təsvir edib:
“Demək olar ki, 7-8 ildir yayda su görmürük. Çox əziyyət çəkirik. Kimin həyətində quyu varsa, suyu oradan əlimizlə daşıyırıq. Hazırda həyətimdə 30-a yaxın su qabı var. Onları doldurub istifadə edirik, lakin o da şor sudur”.
Digər sakin isə məsələnin maddi tərəfindən gileylənib:
“Neçə vaxtdır su gəlmir. Fəhlə adamam. Təkcə bu ay tamam olmamış iki maşın su almışam və buna 60 manat pul xərcləmişəm. Yəqin ki, ayın sonuna qədər bir o qədər də verməli olacağam. Evdə körpə var, böyük var, yayın istisində çox əziyyət çəkirik”.
Тег #Xəzər rayonu используется
- Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV
- "Demədiniz ki, o uşaq haradadır?!" - 1 ildir adı məktəbdə gedir, 1 gün belə dərsdə olmayıb - Baku TV
- Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürüldü | Saxlanılan var - Baku TV
- "Gecə terror ediblər!" - Buzovnada şoka salan hadisə | "İş başında” tutulanların ifşası - Baku TV
- "Dəyməyin başına!" | Restoranda dəhşətə gətirən hadisə | Aktrisa olanları danışdı - Baku TV
