Varikoz damarların çıxmaması üçün bunlara diqqət edin | Nevroloqlardan vacib xəbərdarlıq
Ayaqları çarpaz vəziyyətdə oturmaq ən zərərli və təhlükəli vərdişlərdən biridir. Nevroloqlar hesab edirlər ki, bu varikoz damarlarına və bir sıra başqa problemlərə səbəb ola bilər.
Belə ki, digər ayağın üstündən keçən bir ayaqda damarlar öz çəkiləri altında sıxılmağa başlayır. Bu zaman venoz qan cazibə qüvvəsinin əksinə hərəkət etməyə başlayır və nəticədə varikoz damarları ortaya çıxır.
Digər tərəfdən, ayaqların çarpaz mövqeyi çanaq diafraqmasına da mənfi təsir göstərir. Bu vəziyyətdə diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxaraq, sidik sisteminin orqanlarında metabolik prosesləri pozur.
Nəticədə kişilərdə düz bağırsaq, sidik kisəsi və prostat vəzi xəstəliklərinə, qadınlarda isə müxtəlif növ iltihablı proseslərin yaranmasına gətirib çıxarır.