Pleyeri seçin:

Kürdə suyun səviyyəsi artır? - Təcili tədbirlər görüldü: təhlükə var? - Baku TV

24 aprel 2026 459 baxış

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdili kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə açıqlama yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna əsasən, gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

"Bunu nəzərə alaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür.

Eyni zamanda bildirilir ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan subasma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır.

Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır", – deyə qurumdan bildirilib.

Banner
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 459 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 459 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 459 baxış
Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Hökməli sakinləri yaşadıqları ərazidəki problemdən şikayətləndi - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

Cəmiyyət
31 oktyabr 2026 459 baxış
Seçilmişlər
icon