Ağ Ev İrana da meydan oxudu | İsrailin hücumuna görünməmiş dəstək
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib.
İsrail tərəfi HƏMAS hərbi qruplaşmasını atəşkəsin şərtlərinə əməl etməməkdə və girovların azad edilməsi prosesini bilərək yubatmaqda ittiham edərək yenidən Qəzzaya hücum planı hazırlayıb.
İsrail Müdafiə Nazirliyindən verilən məlumatda döyüşlərin girovlar geri qaytarılana qədər davam edəcəyi bildirilib.
HƏMAS yaraqlıları, görünür, 59 israillini nəinki geri qaytarmağa tələsmir, hətta onları öldürə biləcəklərini də dilə gətiriblər.
Amerika Birləşmiş Ştatları da İsrailin təmizləmə əməliyyatı adlandırdığı hərbi hücumları dəstəkləyib.
Ağ Evin sözçüsü Kerolayn Livit yerli televiziya kanalı vasitəsilə silahlı qruplaşmalara səslənərək onları hədələyib:
“Donald Tramp Administrasiyası və Ağ Ev İsraillə Qəzzaya hücum əməliyyatını müzakirə edir. Bildirmək istəyirəm ki, Prezident D.Tramp təmizləmə əməliyyatını dəstəkləyir. HƏMAS, husilər, onları maliyyələşdirən İran və ona yönümlü qüvvələr məhv ediləcək. İstər İsraildə, istərsə də Amerikada belə onların izi qalmayacaq. Cəhənnəm elçiləri olan bu qruplaşmalar tezliklə məhv ediləcək”.
Xatırladaq ki, bu, İsrailin Qəzzaya atəşkəsdən sonra reallaşan ilk genişmiqyaslı hücumudur. Fələstinli mənbələrdən əldə olunan məlumata görə, İsrailin hücumları nəticəsində azı 404 nəfər həlak olub, 600-ə yaxın insan yaralanıb.
#ABŞ teqi istifadə olunub
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
- Putin müharibənin tezliklə bitməsi üçün ABŞ-nin atacağı addımları sadaladı - Baku TV CANLI
- Tehran ABŞ qüvvələrinin yerləşdiyi İordaniya bazasını raketlərlə vurdu - Baku TV CANLI
- Ottava Vaşinqtonla ortaq razılaşmanın əldə edilə biləcəyinə ümid edir
- ABŞ Ukraynaya ballistik raket verəcək? | Tehranın Vaşinqtona qarşı cavab planı - YENİ BİR SƏHƏR
