Fransada etirazçılara cəza tələb edilir
Fransada 1 may – Əmək Günündə yüzminlərlə etirazçı küçələrlə axışıb. Ölkə üzrə 300-ə yaxın aksiya keçirilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, bir sıra şəhərlərdə həmkarlar ittifaqının təşkil etdiyi yürüşlər zamanı baş verən qarşıdurmalarda ən azı 108 polis yaralanıb, 291 etirazçı saxlanılıb. Təkcə Parisdə hüquq-mühafizə orqanlarının 25 əməkdaşı xəsarət alıb, 111 nümayişçi saxlanılıb.
Nazir həmçinin polislərin bəzilərinin kustar üsulla hazırlanan bomba ilə vurulduqdan sonra əl və üzlərinin ciddi yandığını bildirib. G.Darmanin "qara bloklar" kimi tanınan etirazçıları qınayaraq onların sayının paytaxtda təxminən 2 000, Lion şəhərində isə 1 000-ə yaxın olduğunu deyib. O, polisə və ictimai əmlaka hücum edənlərin ağır cəzalandırılmasını tələb edib.
#Fransa teqi istifadə olunub
- Makron Ukrayna və ABŞ-dən geri qalmamaq üçün görün nə edəcək
- “Fransa”nın özəl dəmiryol şirkəti “Velvet”i təqdim edib
- Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı
- Fransa və Yunanıstan Kiyevə “Mirage” qırıcılarının verilməsini müzakirə edir
- Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir və bu, regionda yeni vəziyyət yaradır - Baku TV
