Pleyeri seçin:

Rəfahda xeyli mülki şəxs həlak oldu | İsraildən reaksiya

27 may 2024 361 baxış

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

İsrail Ordusu gecə boyunca Rəfahdakı çadır şəhərciyini bombalayıb.

Xarici KİV-in yaydığı məlumata görə, azı 50 nəfər həlak olub. Həyatını itirənlər arasında çadıra sığınan qadın və azyaşlılar üstünlük təşkil edir. Ölənlərin sayının artacağı isə istisna edilmir. Ölkə rəsmiləri hücumların dayandırılması üçün səlahiyyətli şəxslərə səsləniblər.

Hətta İsrail Kommunist Partiyasının deputatı Ofer Kassif də “Rəfahda qətliam baş verir. Qəzzadakı soyqırımının günahkarları ədalət qarşısında cavab verəcəklər!”, – deyə “X” hesabında yazıb.

Bütün bunların fonunda isə İsrail Müdafiə Ordusu mülki şəxslərin həlak olmasından xəbərdar olduğunu və məsələnin araşdırıldığını açıqlayıb. Qeyd olunub ki, SAXAL HƏMAS-ın vacib şəxslərinin Rəfahda yerləşən iqamətgahlarını vurub.

“Zərbə beynəlxalq hüquq çərçivəsində qanuni hədəflərə əsasən və kəşfiyyat məlumatlarımız əsasında həyata keçirilib. HƏMAS-ın ərazidən necə istifadə etdiyini biz yaxşı bilirik. Bundan əlavə, zərbələr nəticəsində məkanda çıxan yanğın səbəbindən bölgədə mülki şəxslərin ölməsi barədə məlumatımız var. Hadisə araşdırılır”, – deyə məlumatda bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, aviazərbələr nəticəsində HƏMAS hərbi qruplaşmasının rəhbər şəxslərindən 2-si zərərsizləşdirilib. Sözügedən liderlər təşkilatın Samariyadakı qərargahının komandiri Yasin Rabia və HƏMAS-ın həmin bölgədəki yüksəksəviyyəli nümayəndəsi Xalid Naqaradır.

Məlumat üçün bildirək ki, İsrailin hücum etdiyi qaçqınlar üçün nəzərdə tutulmuş çadırlardan ibarət bu şəhərcik BMT tərəfindən salınıb.

Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Dünya
11 sentyabr 2026 361 baxış
Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Dünya
11 sentyabr 2026 361 baxış
Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Dünya
11 sentyabr 2026 361 baxış
Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Dünya
11 sentyabr 2026 361 baxış
Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Dünya
11 sentyabr 2026 361 baxış
“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

Dünya
11 sentyabr 2026 361 baxış
Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Dünya
11 sentyabr 2026 361 baxış
Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Dünya
11 sentyabr 2026 361 baxış
Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Dünya
11 sentyabr 2026 361 baxış
“İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj

“İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj

Dünya
11 sentyabr 2026 361 baxış
Seçilmişlər
icon