Bakı-Tbilisi-Bakı qatarından istifadə edənlərə şad xəbərlər - Baku TV
Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarlarda bir sıra yeniliklər tətbiq olunacaq.
Əsas dəyişikliklərdən biri sərnişin tutumunun artırılması və daha münasib qiymətə bilet seçiminin yaradılması ilə bağlıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara yüksək sərnişin tələbatı müşahidə olunur:
“Yüksək sərnişin tələbatını nəzərə alaraq 10 iyul tarixindən Bakı-Tbilisi istiqamətində, 11 iyul tarixindən isə Tbilisi-Bakı istiqamətində hər qatara üç əlavə vaqon qoşulacaq”.
Onun sözlərinə görə, əlavə vaqonların qoşulması nəticəsində bir qatarda mövcud olan 178 yerin sayı 282-yə çatdırılacaq:
“Bu, sərnişin tutumunda 60 faizə yaxın artım deməkdir”.
Azər Fərəcov əlavə edib ki, yeni qoşulacaq vaqonlar əsasən ölkədaxili marşrutlarda istifadə olunan yataq tipli vaqonlardır. Bu səbəbdən həmin vaqonlar üzrə bilet qiymətləri daha münasib olacaq:
“Hazırda Bakıdan Tbilisiyə hərəkət edən qatarlarda bilet qiymətləri 79 manatdan başlayır. Qoşulacaq vaqonlar “Standart+” sinfinə aid olduğuna görə daha aşağı büdcəli hesab olunur və bu biletlərin qiyməti 65 manatdan başlayacaq. Sərnişinlər biletləri həm onlayn qaydada, həm də kassalardan əldə edə bilərlər. 10 iyuldan 6 avqusta qədər olan dövr üçün biletlər artıq satışa çıxarılıb. Ümumilikdə 5500-ə yaxın bilet satışa verilib və hazırda sərnişinlər tərəfindən alınır”.
#Azərbaycan Dəmir Yolları teqi istifadə olunub
- Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda tədarükü həyata keçirilib - Baku TV
- Zəngəzur dəhlizinin tranzit imkanları
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə vacib məlumat - ANA XƏBƏR
- "Burada bütün şərait var" | Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilə tanış olun - Baku TV
- Azərbaycan və Gürcüstan arasında qatarla gediş-gəlişə icazə verildi - Baku TV CANLI
