Dünya
Pleyeri seçin:

Qərbin Gürcüstanla bağlı planı | Seçki öncəsi siyasi gərginlik pik həddə

21 oktyabr 2024

Gürcüstanda seçkilərə sayılı günlər qalmış daxili siyasi vəziyyət gərginləşməkdə davam edir.

Reytinq siyahılarında hazırda iqtidarda olan “Gürcü Arzusu” Partiyasının gerisində qalan müxalifət partiyaları Qərbin dəstəyi ilə ölkədə inqilab etmək niyyətindədir.

Prezident Salome Zurabişvili səhnədəki boşluqdan istifadə etmək qərarına gəlib. “Gürcü Arzusu”nun dəstəyi ilə prezident kürsüsünə yiyələnib daha sonra onlara xilaf çıxan xanım Prezident keçmiş müttəfiqlərinin devrilməsi üçün var-qüvvəsini ortaya qoyub.

Bir müddət əvvəl seçki sonrası bütün müxalifətin təmsil olunacağı müvəqqəti keçid hökuməti layihəsini irəli sürən S.Zurabişvili indi də “Avropaya yürüş” aksiyası təşkil edib. Bu məsələ ona qərbmeyilli müxalifətdən ciddi dəstək gəlib.

Seçkiyə bir neçə gün qalmış gürcü müxalifəti və Prezidentin Avropa sevgisinin ortaya qoyulmasının iki səbəbi var. Birincisi, onlar Qərbə göstərmək istəyirlər ki, əgər siz Gürcüstanı əldə etmək istəyirsinizsə, bizə dəstək verin. Biz Rusiyaya qarşıyıq və sizin yanınızda yer alacağıq. İkincisi, gürcü xalqına göstərmək istəyirlər ki, müxalifətin məqsədi ölkəni Avropaya aparmaqdır.

Bu, ölkə əhalisinin mühüm hissəsi, əsasən də gənclərə təsir etmək üçün düşünülmüş plandır. Çünki Gürcüstanda gənclərin böyük əksəriyyəti, əsasən də ali məktəb tələbələri ölkənin Avropaya inteqrasiyasını ciddi şəkildə müdafiə edirlər.

"Xarici agentlər haqqında" Qanunun qəbulunun əleyhinə keçirilən mitinqlərdə əsas lokomotiv qüvvə də məhz tələbələr idi. S.Zurabişvili və müxalifət həmin gəncləri yenidən meydana çıxarmaq istəyir. Lakin burada bir qədər müəmma var.

Gürcü xalqı ölkənin Avropaya inteqrasiyası siyasətini dəstəkləsə də, Gürcüstanın Rusiya ilə tamamilə qarşı-qarşıya gəlməsini və yeni müharibənin baş verməsini istəmir. Bu da aydın məsələdir ki, Qərbin özünə sadiq şəxsləri hakimiyyətə gətirərkən onlardan ilk tələbi məhz Rusiyaya qarşı ikinci cəbhə açmaqla bağlı olacaq.

Digər məsələ isə prosesə rəhbərlik edən Salome Zurabişvilinin özünün şəxsiyyəti ilə bağlıdır. Onun Qərb ölkələri, xüsusilə də Fransaya çox bağlı olduğu bilinir. Həmçinin xanım Prezidentin ölkədə o qədər də nüfuzu yoxdur. O məhz “Gürcü Arzusu”nun dəstəyi ilə öncə deputat, daha sonra isə prezident seçilib.

Anlaşılan budur ki, Qərb Gürcüstanı, S.Zurabişvili isə prezidentliyi əldən vermək istəmir. Gürcü xalqının bu yolla Avropaya gedəcəyi isə şübhəlidir. Təcrübə göstərir ki, bu yol istənilən ölkəni ancaq fəlakətə aparır, nəinki tərəqqiyə və ya Avropaya.

Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Dünya
21 noyabr 2024
Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Dünya
21 noyabr 2024
Müharibənin gedişatını dəyişəcək hücum | Zelenskidən təcili müraciət

Müharibənin gedişatını dəyişəcək hücum | Zelenskidən təcili müraciət

Dünya
21 noyabr 2024
Onlar bunları dərk etmir ki... | Zaxarova Ukraynada peyda olanlara səsləndi

Onlar bunları dərk etmir ki... | Zaxarova Ukraynada peyda olanlara səsləndi

Dünya
21 noyabr 2024
Tozlu ulduz necə əmələ gəlir? | Arizonadakı Stüard Rəsədxanasından maraqlı məlumat

Tozlu ulduz necə əmələ gəlir? | Arizonadakı Stüard Rəsədxanasından maraqlı məlumat

Dünya
21 noyabr 2024
Beynəlxalq Cinayət Məhkəməsi qərar verdi | Elə şeylər açıqlandı ki...

Beynəlxalq Cinayət Məhkəməsi qərar verdi | Elə şeylər açıqlandı ki...

Dünya
21 noyabr 2024
Vəzifəyə yeni təyin olunmuş Arpine kimdir? | Yayılmış xəbərlər təsdiqləndi

Vəzifəyə yeni təyin olunmuş Arpine kimdir? | Yayılmış xəbərlər təsdiqləndi

Dünya
21 noyabr 2024
Heyvan yemi yeyən "4 ayaqlı" insanlar | Qalmaqala səbəb olan kvadrobinq - ARAŞDIRMA

Heyvan yemi yeyən "4 ayaqlı" insanlar | Qalmaqala səbəb olan kvadrobinq - ARAŞDIRMA

Dünya
21 noyabr 2024
Zaxarova Qərbi nədə ittiham edir? | Rusiya Gürcüstanın daxili işlərinə qarışmır!

Zaxarova Qərbi nədə ittiham edir? | Rusiya Gürcüstanın daxili işlərinə qarışmır!

Dünya
21 noyabr 2024
Livanın paytaxtı güclü atəşə tutuldu | Anbaan görüntülər yayıldı

Livanın paytaxtı güclü atəşə tutuldu | Anbaan görüntülər yayıldı

Dünya
21 noyabr 2024
Seçilmişlər
icon