Cəmiyyət
Выбрать плеер:
Alimlərin xərçəng xəstəliyinə qarşı peyvənd sınaqları necə nəticə göstərdi?
2025-ci ildə xərçəng əleyhinə peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.
Britaniyalı alimlərin xərçəngə qarşı peyvənd nümunələrinin son sınaqları ümidverici nəticələr göstərib.
Elm adamları hazırda ən geniş yayılmış və aqressiv xərçəng formalarından olan dəri, beyin və ağciyər şişlərinə qarşı preparatın təsirini araşdırırlar. Onların qənaətinə görə, xərçəng peyvəndlərinin yaradılması prosesi kimyaterapiya və ya cərrahiyyə kimi invaziv müalicələrə ehtiyacı azaldacaq dərəcədə irəliləyəcək.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiya və Çindən olan bir qrup alim şiş membranı antigenləri əsasında nanopeyvənd hazırladıqlarını və onkovaksinin sınaqlarda yüksək effektivlik göstərdiyini bildirmişdi.
Скопировано
Выбранные