İqtisadiyyat
Pleyeri seçin:
2025-ci ildə gündəlik neft hasilatı nə qədər olacaq? | Razılaşmanın detalları
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə orta hesabla gündəlik neft və digər maye-karbohidrogenlərin hasilatının 53,07 mln. barel olacağı ehtimal olunur. Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.
Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,17 mln. barel olacaq. Bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,11 mln. barel artım deməkdir.
Kopyalandı
Seçilmişlər