Onlar İranı tərk-silah etməyə çalışırlar | Məhəmməd Baqir Qalibafdan açıqlama
“ABŞ Prezidenti Donald Trampın danışıqlarla bağlı bəyanatı yalnız aldadıcı bir cəhddir”.
Bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf parlamentdə çıxışı zamanı bildirib.
O, ABŞ-nin İranı tərk-silah etməyə çalışdığını qeyd edib.
Parlament sədri həmçinin vurğulayıb ki, Tehrandan yeni güzəşt üçün təhdidlər altında aparılacaq danışıqlar sanksiyaların ləğvinə gətirib çıxarmayacaq, yalnız İranın alçaldılmasına yönələcək.
“Ona görə də ABŞ-dən hər hansı məktub gözləmirik”, – deyə sədr bildirib.
Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Xamenei isə bəyan edib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.
#ABŞ teqi istifadə olunub
- Nyu-Yorkda 25 il əvvəl baş vermiş dəhşət | Faciə nəticəsində 3000 nəfər həlak olub - Baku TV
- Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib | 11 sentyabr terrorundan 25 il ötür - Baku TV
- Diplomat kimin mesajını gətirib?
- ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
